Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-dən tam yeni GLS

Nyu York avtosalonu çərçivəsində Mercedes-Benz şirkəti yeni premial yolsuzluq avtomobili GLS-i təqdim etdi. Mercedes-Benz GLS BMW X7-ə rəqib kimi istehsal edilib, xarici görünüşdə isə GLE-ə çox bənzəyir. GLS şirkətin tarixində ən böyük və möhtəşəm yolsuzluq avtomobili oldu.

Faktiki olaraq GLS 2020 hətta öz böyük sələfini də ötür, belə ki, o, 77 mm uzun, 22 mm enlidir. Daha önəmlisi odur ki, onun təkər bazası 60 mm uzundur, bu, ikinci və üçüncü oturacaq sərnişinləri üçün daha geniş yer deməkdir. Güman edilir ki, üçüncü sırada boyu 195 sm olan insan rahat otura bilər.

Hər üç sıra oturacaqlar elektrik tənzimləməyə malikdir. Üçüncü sıranı döşəmənin altına da keçirmək, ikinci sıranı isə yığmaq olar. Bu zaman baqaj 2400 litr həcmə malik olacaq. Lakin müştərilər 6-yerlik kabinəli və ikinci sırada 2 individual oturacaqlı versiya da sifariş edə bilərlər.

Maksimal komplektasiya üçün ən güclü mühərrik 48-voltluq enerji sistemi ilə çalışan 4-litrlik V8-dir. O, 482 a.g. və 700 Nm fırlanma anına malikdir. Xüsusi EQ Boost rejimi mühərrikə əlavə 22 a.g. və 250 Nm verir.

Mühərriklər sırasına, həmçinin 3-litrlik, 6-silindrli benzin və dizel versiyalar da daxildir. GLS 450 4Matic versiyası 362 a.g. və 500 Nm fırlanma anı verən, 48-voltluq enerji sistemi və EQ Boost rejimi ilə çalışan benzin mühərrik alıb.

GLS-in salonunda ən yeni texnologiya mövcuddur – 2 böyük 12,3-düymlük ekranı olan sonuncu nəsil informasiya-əyləncə sistemi MBUX, proyeksiyalı displey, arxa oturacaq sərnişinləri üçün 11,6-düymlük monitoru olan əyləncə sistemi, arxa oturacaqdan bütün funksiyaları idarə etmək üçün Android bazasında 7-düymlük planşet.

AUTO.AZ

 



teqlər:
Mercedes-Benz, Mercedes GLS 25.04.2019

Şərhlər


AD