Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai-dan yeni krossover

Nyu-York avtosalonu çərçivəsində yeni subkompakt krossover Hyundai Venue-nun dünya təqdimatı keçirilib. Hazırda sumkompakt krossverlər bazarı çox tələbatlıdır və Hyundai orada özünün varlığını genişləndirmək istədiyi üçün tam yeni Venue modelini təqdim edib.

Venue cəsarətli və gənc dizaynda yığılıb, onun kaskadlı radiator barmaqlığı, kub şəklində faraları, nazik diodlu fənərləri var. Obrazı təkər arkaları, ban boyu xarakterli xətlər, 17-düymlük təkər diskləri, - baza versiyada 15-düymlük olacaq, - tamamlayır.

Krossover daha şən və parlaq görünüş niyyəti ilə layihələndirildiyi üçün Hyundai bir sıra unikal rəng seçimi təklif edir, o cümlədən modeli təzad yaradan dam rəngi ilə təchiz edir.

Hyundai Venue 2019-cu ilin sonlarında satışa çıxarılacaq və Kona-dan 130 mm qısa, 30 mm alçaq, 155 mm hündür, təkər bazası isə 81 mm qısadır.

Hələlik Hyundai yeniliyin güc qurğusu barədə ətraflı məlumat verməyib, lakin bildirib ki, Venue müasir ekoloji tələblərə uyğunlaşdırılmış 1,6-litrlik, 4-silindrli mühərriklə, 6-pilləli mexaniki və ya variator sürət qutusu ilə və yalnız arxa ötürücü sistemlə təchiz edilir.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Venue 24.04.2019

Şərhlər


AD