Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan-dan təkmilləşdirilmiş GT-R Nismo

Yapon şirkəti Nyu Yorka təkmilləşdirilmiş GT-R Nismo gətirdi. O, əvvəlki mühərrikə malikdir, lakin banında və asılqanında bir sıra təkmilləşdirmələr edilib. GT-R seriyasının şahı Nissan mühəndislərindən bir sıra yeniliklər alıb. Bu yeniliklər avtomobilin idarəetməsini daha da yaxşılaşdırıb. Lakin güc elə əvvəlki kimi qalıb.

Bu o deməkdir ki, əl ilə yığılan 3,8-litrlik, iki turbo yükləyicili, yürüş avtomobili olan GT-R GT3-də də quraşdırılan V6 əvvəlki kimi 600 a.g. və 652 Nm fırlanma anına malikdir. Lakin turbo kompressorlar indi fərqli formada turbinlərə malikdir.

Bundan əlavə, 6-pilləli, iki muftalı sürətlər qutusu da hazırlanıb. O, yeni proqram təminatı alıb ki, bu, sürətlər arasında seçimi yaxşılaşdırır və R rejimini təkmilləşdirir. Titandan olan qazburaxma sistemi də yenilənib.

Nissan GT-R Nismo yeni eksklüziv 20-düymlük təkər diskləri ilə təchiz edilib. Onlar daha yüngül və sərtdir. Dunlop şinləri isə enli protektorlar alıb.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GT-R, Nismo 22.04.2019

Şərhlər


AD