Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni ad, dəb və 280 at gücü

Nyu York avtosalonundan əvvəl Lincoln tam yeni kompakt yolsuzluq avtomobili Consair-i təqdim edib. Lincoln Corsair premial kompakt yolsuzluq avtomobilidir, Navigator və Aviator-dan aşağı yerdə yerləşsə də, analoji dizayndan istifadə sayəsində asanlıqla tanınır.

Modelin qabaq hissəsində vertikal radiator barmaqlığı, arxa hissədə isə fənərləri bir böyük xəttə birləşdirən diodlu işıq var. Yeri gəlmişkən, gözə dəyməsə də, Corsair-in arxa asılqanı Ford Escape-dən (Avropada Kuga) götürülüb.

Lincoln şirkətinin prezidentinin sözlərinə görə, tam yeni model olan Corsair ilə şirkət tez inkişaf edən lüks avtomobillər seqmentinə daxildir. Yenilik rəssam ustalığı, gözəl dizayn və ənənəvi detallara sadiqliyi ilə seçilir.

Lincoln Corsair iki turbolaşdırılmış 4-silindrli mühərriklərlə təklif ediləcək – bazada 250 a.g. və 373 Nm verən 2-litrlik mühərrik, habelə 280 a.g. və 420 Nm-ə malik 2,3-litrlik aqreqat. Hər iki mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə çalışır.

Sürücüyə yardım sistemi arasında tıxaclarda yardım edən sistemə malik kruiz-kontrolu, parklama sistemini, kor zonalara nəzarət sistemini və s. göstərmək olar.

AUTO.AZ



teqlər:
Lincoln, Lincoln Corsair 20.04.2019

Şərhlər


AD