Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus-dan yeni LM modeli

Lexus şirkəti Şanxay avtosalonunda özü üçün xarakterik olmayan tam yeni modelin – premium sinfinə məxsus minivən LM-i təqdim edib. O, məxsusi olaraq Çin bazarı üçün hazırlanıb.

Buna baxmayaraq, modeli digər bazarlara da çıxaracaqlarına söz veriblər, lakin ancaq Asiyada. LM özündə Şərq avtomobillərinin fəlsəfəsini birləşdirir və buna gözəllik və sürmək rahatlığı daxildir. Xarici görünüş çox cəlbedici hazırlansa da, şirkət əsas diqqətini interyerə yönəldib.

Möhtəşəm minivən 4-yerli konfiqurasiyada təqdim edilib. O, arxa yeri biznes-sinfə aid salona çevirib. Salonda qabaq və arxa hissələr qaldırılıb aşağı salına bilən şüşə ekranla bir-birindən ayrılıb. Bu ayırıcıya böyük ekranlı televizor da yerləşdirilib.

Xüsusi arxa oturacaqlar əsas komponentlərdir – onlar qızdırıcı, ventilyasiya və masaj funksiyaları ilə, habelə müxtəlif tənzimləmələrlə təchiz ediliblər. Lexus-dan bildiriblər ki, oturacaqların hazırlandığı xüsusi material divan rahatlığı verir.

Şirkətdən, həmçinin qeyd ediblər ki, LM həm də 7-yerlik konfiqurasiya ilə və ilk iki sırada xüsusi iki oturacaqla və üçüncü sırada 3 oturacaqla əlçatan olacaq. Ən rahat isə ikinci sıradakı oturacaqlar olacaq, onlar böyük dirsəkaltıları ilə təchiz ediliblər.

Güc aqreqatlarına gəldikdə, LM 300 versiyası 2,5-litrlik, 4-silindrli, hibrid mühəriklə, LM 350 isə. 3,5-litrlik benzin V6 ilə təchiz edilib. Həm qabaq, həm də tam ötürücü sistem əlyetərlidir.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LM 19.04.2019

Şərhlər


AD