Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac yeni sedan CT5 təqdim edib

Cadillac CT5 köhnə ATS və CTS modellərini əvəz etməlidir. Onun kompakt sedan olmasına baxmayaraq, orta ölçülüdür və  BMW 5-Series, Audi A6 və Mercedes E-Class kimi Avropa modelləri ilə rəqabət apara bilər.

Fastbək üslubunda bana baxmayaraq, o,  BMW 5 Series kimi uzundur – 4924 mm. Avtomobilin eni 1883 mm, hündürlüyü 1452 mm, təkər bazası isə Audi A6-dan da uzun – 2947 mm-dir.

Yəni, Cadillac-ın məqsədi bu seqmentdə olan Audi A4, Mercedes C-Class və BMW 3-Series kimi modellərlə bazarda rəqabət apara biləcək premium sinfinə məxsus kompakt sedan istehsal etməkdir. Görünür, amerikalılar avropalıları kompakt sinfində ölçülərə görə sıxışdırmaq istəyirlər. Çünki onlar başa düşürlər ki, orta sinifdə bunu etmək çox çətindir.

Şirkətdən verilən məlumata görə, CT5 unikal dizayn, məhsuldarlıq və komfort ilə seçilir, onun interyeri isə sürücü üçün hesablanıb. Buna baxmayaraq, müştərilər bir sıra əlavə opsiyalar da sifariş edə bilərlər, o cemlədən unikal salon dizaynı, spoyler, 19-düymlük disklər, ban üçün tünd aksentlər və s.

Yeniliyin kapotu altında 2-litrlik, 4-silindrli, 237 a.g. və 350 Nm fırlanma anına malik mühərrik və ya iki turboyükləyicili, 335 a.g. və 542 Nm verən 3-litrlik V6 quraşdırılıb. Hər iki mühərrik 10-pilləli avtomat və arxa ötürücü ilə birgə çalışır. Əlavə pul ödəməklə tam ötürücü də sifariş etmək olar.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac CT5 18.04.2019

Şərhlər


AD