Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Renault City K-ZE modelini təqdim edib

Ötən il Renault ilk dəfə Paris avtosalonunda City K-ZE modelinin konseptini təqdim etmişdi. İndi isə modelin məhsuldarlığının detallarını açıqlamaq vaxtı gəlib çatıb.

City K-ZE – bu, müasir eksteryer dizaynına malik, uzaqdan idarəetmə sistemi, 4G Wi-Fi və intellektual səstanıma sistemi ilə işləyən 8-düymlük ekranı olan informasiya-əyləncə sistemi ilə təchiz edilmiş subkompakt krossoverdir.

Xüsusiyyətlərin hamısı dərc edilməyib. Lakin Renault bəyan edir ki, krossover tez enerji doldurma funksiyasına malikdir – 50 dəqiqəyə 80 %. Tam dolu enerji ilə 250 km məsafə qət etmək olar. Bu, çox deyil, lakin gündəlik şəhər şəraiti üçün kifayətdir.

Avtomobilin yer səthi ilə arasında olan məsafə elə də çox deyil – 150 mm. O, cəngəllik üçün deyil, şəhər üçün nəzərdə tutulub. Baqaj hissə isə bu sinif üçün yaxşıdır – 300 litr. Nəticədə City K-ZE Renault-un ən kiçik elektromobili oldu və Zoe-dən sonrakı yerdə qərarlaşdı.

City K-ZE-nin Renault-Nissan-Mitsubishi və Dongfeng-in əməkdaşlığı ilə Çində yığılması planlaşdırılır.

AUTO.AZ



teqlər:
Renault, Renault City K-ZE 17.04.2019

Şərhlər


AD