Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi üç yenilik təqdim edib

Audi şirkəti birdəfəyə üç yeni gücləndirilmiş modelini təqdim etdi - S6, S6 Avant və S7 Sportback. Beləliklə, avropalı müştərilər 3-litrlik, elektrikləşdirilmiş dizel V6 TDI mühərriki sifariş edə biləcəklər. O, 344 a.g. və 700 Nm fırlanma anına malikdir. Güc qurğusu 8-pilləli avtomat sürət qutusu və tam ötürücü ilə birgə çalışır.

Məhsuldarlıq baxımından, sedan S6 TDI 100 km/saata 5 saniyəyə, S6 Avant və S7 Sportback isə 5,1 saniyəyə sürətlənir. Maksimal sürət bütün versiyalarda eynidir – elektron göstərici 250 km/saatda məhdudlaşdırılıb.

Bu rəqəm gücün son həddi deyil, avtomobillər kifayət qədər qənaətcil alınıblar. Audi-nin yaydığı məlumata görə, bandan asılı olaraq orta yanacaq sərfiyatı 100 km-ə 6,2-6,5 litr arası dəyişir. Atmosferə atılan CO2 isə hər kilometr məsafəyə 164-171 qram arasıdır.

Asiya, Yaxın Şərq və ABŞ bazarlarına gəldikdə isə, avtomobillər fərqli mühərriklə təchiz edilirlər – 2,9-litrlik, ikili turbo yükləyicili V6. O, həmçinin RS5 modelində quraşdırılır və 444 a.g., 600 Nm-ə malikdir. Dinamik xarakteristika barədə məlumat verilmir. RS5 ilk yüzlüyə 3,7 saniyəyə sürətlənir. S6 və S7 bir qədər ağır olduqlarına görə, onlar bu əməliyyatı bir qədər gec yerinə yetirirlər.

Avtomobillərin sükanı S-şəkilli hidrogücləndirici sistemlə, S-şəkilli idman asması ilə təchiz edilirlər. Bundan əlavə, modellərə güclü əyləc sistemi, adaptic pnevmo asılqan quraşdırılır.

AUTO.AZ

javascript:void(0)



teqlər:
Audi, Audi S6, Audi S7 11.04.2019

Şərhlər


AD