Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota yeni Highlander təqdim etdi

Krossover Toyota Highlander-in dördüncü nəsli bu yaxınlarda Nyu York avtosalonunda təqdim ediləcək. Bu hadisəni istehsalçılar qeyri-adi tizerlə elan ediblər. Toyota-nın sifarişi  ilə amerikan rəssam Maykl Mörfi yarpaqlardan asılmış 200 elementdən ibarət art-obyekt hazırlayıb. Müəyyən baxış bucağından onlar avtomobil kimi görünürlər – bu, gələcək nəsil Highlander-dir.

Art-obyekt üzərində təqribən 2 aya qədər iş görülüb. Detallar 3D printerdə hazırlanıb, sonra isə əl ilə boyanıb və yarpağa bərkidiliblər. Nəticədə qarşımızda krossover peyda olub. Buradan da görünür ki, avtomobildə bir qədər dəyişiklik edilib – optika fərqli formadadır və qabaq hissə daha böyükdür.

Texniki hissə barədə hələlik məlumat yoxdur. Yenilik TNGA platformasında yığılıb ki, bu bazada bir sıra Toyota hazırlanıb. Kapot altında 3,5-litrlik benzin V6 yerləşdirilib.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Highlander 10.04.2019

Şərhlər


AD