Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-AMG kompakt sedan təqdim edib

Mercedes-AMG yeni idman sedanı A 35-i təqdim etdikdən, demək olar, iki həftə sonra almanlar avtomobil dünyasına daha bir kompakt şedevr bəxş etdilər.
CLA 35 sedan banında olan mühafizəkar qardaşına bənzəyir – o, 2-litrlik, 4-silindrli, turbo yükləyicili mühərriklə təchiz edilib (302 a.g., 400 Nm fırlanma anı).

Güc qurğusu 7-pilləli, iki muftalı avtomat sürət qutusu və AMG Performance 4MATIC tam ötürücü ilə birgə çalışır. O, modelə 100 km/saat sürəti 4,9 saniyəyə yığmağa kömək edir. Maksimal sürət isə elektron göstəricidə 250 km/saatda məhdudlaşdırılıb.

İdman üslubu təkcə mühərriklə özünü göstərmir – dizaynerlər kupeyəbənzər banı qabaq hissəsdə radiator barmaqlığında və bütün ban üzrə xrom əlavələrlə təchiz ediblər. Müştərilər avtomobildə, həmçinin yeni diffuzor, idman qaz buraxma sistemi, kiçik arxa spoyler və 18- və ya 19-düymlük aerodinamik disklər görə bilərlər.

İnteryer, müəyyən mənada standart modeldən götürülüb, lakin bəzi idmansayağı yeniliklər var. Məsələn, oturacaqlarda qırmızı tikişli üzlüklər, qırmızı təhlükəsizlik kəmərləri.

Digər unikal xüsusiyyətlər də mövcuddur – sükan üçün xüsusi hidrogücləndirici sistem, qabaq hissədə dörd porşenli supportlar ilə 350 mm-lik diskləri, arxa hissədə isə bir porşenli supportlarla 330 mm-lik diskləri olan yüksək səmərəli əyləc sistemi.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes CLA, AMG 09.04.2019

Şərhlər


AD