Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

“Toyota”nın qabaqcıl hibrid texnologiyaları artıq Azərbaycanda

Bu il fevralın 28-də «Toyota Caucasus» Gürcüstanın Rustavi şəhərindəki motodromda Azərbaycandan olan media nümayəndələri üçün “RAV4”ün hibrid modelinin təqdimatını keçirib. Mart ayının 1-dən isə bu avtomobillərin ölkəmizə idxalı başlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən il dekabrın 27-də təsdiq etdiyi “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın qəbul edilməsindən cəmi üç ay sonra belə bir addım atılıb.

Proqramda qeyd olunur ki, bir çox ölkələrə olduğu kimi, Azərbaycana da elektrik mühərrikli və sıxılmış qazla çalışan ekoloji təmiz nəqliyyat vasitələrinin idxalı təmin olunmalıdır.

Təsadüfi deyil ki, innovativ hibrid texnologiyalar sahəsində lider olan “Toyota” bu dövlət proqramına operativ reaksiya verən markalar arasında birincilərdən oldu. Bu, təəccüblü deyil, çünki “Toyota” sözügedən istiqamətin pioneridir və son 20 il ərzində səyyar elektrik mühərrikli innovativ hibrid avtomobillərini təkmilləşdirməkdə davam edir.

Hazırda dünya avtomobil sənayesinin nəhəngi olan “Toyota” rəqib tanımayan, hər cür həyat tərzi üçün rahat, sürətli və qənaətli hibrid modellər təqdim edir. Məhz buna görə, dünyada 12 milyondan çox insan “Toyota” hibridlərini seçir. Onların arasında artıq Azərbaycan vətəndaşları da var.

 

“RAV4”ün səliqəli dizaynı, təkmilləşdirilmiş  komfortlu salonu, təhlükəsizlik sistemləri ilə diqqəti cəlb edən hibrid modeli, həmçinin, mühərrikin səssizliyi ilə də avtomobil həvəskarlarını heyrətə salır. Hətta mühərriki işləyən avtomobil belə sizə işə salınmamış kimi görünəcək! Öyrəşdiyiniz mühərrik səsini eşitməyəcəksiniz! Çünki “RAV4”ün hibrid mühərriki elektrik enerjisi ilə işləyir və ekoloji cəhətdən təmizdir.

 

“Toyota”nın hibrid növlərini sürücülər üçün cəlbedici edən digər amilləri də qeyd etmək istərdik:

- Bu, yanacaq sərfiyyatına görə öz sinfində ən əlçatan avtomobillərdən biridir. Yanacaq qənaəti aşağı sürətlə və tez-tez dayanmalarla hərəkət zamanı elektrik mühərrikinin və hibrid akkumulyatorlarının işə düşməsi hesabına əldə olunur. Həmçinin sürətlənmə zamanı elektrik mühərrik maksimum güc üçün benzin mühərrikə kömək edir. Məsələn, “RAV4”ün yeni nəsil hibridi 100 km məsafəyə cəmi 4,6 litr yanacaq işlətməsi ilə fəxr edə bilər.

- “RAV4” eyni zamanda həm də yolsuzluq avtomobilidir. Onun köhnə və yeni modellərinin Gürcüstanda yolsuzluq şəraitində keçirilən müqayisəli sınaq sürüşləri zamanı avtomobillərdəki səs-küyü və sakitliyi aydın şəkildə ayırd etmək mümkün idi. Əgər köhnə modellərdə eniş və yoxuşlarda avtomobilin ön və arxa hissələrində detalların sürtünməsi aydın eşidilirsə, təzə modeldə bu hal müşahidə olunmur. Hibrid mühərrikin sakit işləməsindən əlavə, digər səslər də sizi narahat etməyəcək.

- Yenilənmiş AWD sistemini ayrıca qeyd etmək lazımdır. Yeni hibrid "RAV4" təkmilləşdirilmiş, elektron tam ötürmə sistemi ilə təchiz olunub ki, bu da yolun mürəkkəb örtüklü və çətin hissələrini daha rahat keçməyə imkan verir.

- “Toyota” ilk növbədə təhlükəsizliyin zəmanəti kimi səciyyələnir. Çünki yeni texnologiyaları və modelləri işləyib hazırlayarkən, “Toyota”nın qarşıya qoyduğu ilk vəzifə sürücünün təhlükəsizliyidir. TSS texnologiyası (Toyota Safety Sense) xüsusilə uzaq məsafələrə səyahət zamanı qəza vəziyyətlərinin qarşısının alınması üçün təhlükəsiz idarəetməni təmin edir.

Qeyd etməliyik ki, Toyota Safety Sense – aktiv təhlükəsizlik sistemləri, insanı tam əvəz edən müstəqil sistem kimi deyil, sürücüyə yardım edən köməkçi vasitə olaraq nəzərdə tutulub.

Hibrid “RAV4” üstün xüsusiyyətləri sayəsində öz seqmentində səs salıb. Azərbaycan bazarı da yeni texnologiyalara açılmaqdadır. Beləliklə, bizim avtomobil parkına elə yeni maşınlar daxil olur ki, onlar 20 ildən çox istismarda olmuş dizel mühərrikli köhnə nəqliyyat vasitələrini sıxışdırıb çıxaracaq.

“Toyota” hibridləri həm ekoloji problemlərin həlli, həm də rahat və təhlükəsiz idarəetmə üçün ən yaxşı variantdır. Axı müasir dünyada ətraf mühitin mühafizəsi ən vacib missiyalardan birinə və bizim ümumi vəzifəmizə çevrilib.

Burada vurğulamaq yerinə düşərdi ki, hibrid avtomobiləri idarə etməyin və onlara xidmət göstərməyin çətinliyi barədə yayılmış fikirlər tamamilə əsassızdır. Əslində hibridləri idarə etmək heç bir əlavə güc tələb etmir və standart daxili yanma mühərrikli avtomobil sürmək kimi asandır. Xidmətə gəlincə, avtomobillər istismarda kifayət qədər etibarlıdır və demək olar ki, təmirə ehtiyacı yoxdur. Bunun sübutu kimi hibrid komponentlərə 100 000 kilometr və ya beşillik zavod zəmanətini göstərə bilərik.

“Toyota RAV4” hibrid versiyası artıq Azərbaycanda da satılır. Bu modeli «Toyota Bakı», «Toyota Abşeron» və «Toyota Gəncə» mərkəzlərində sınaqdan keçirə bilərsiniz.

Toyota Bakı Mərkəzi
Fəzail Bayramov küç., 26, Bakı, Azərbaycan
Telefon: (+994) 12 496 70 10 / (+994) 12 496 70 11 / *2002
Fax: (+994) 12 496 70 12
E-mail: info@toyotabaku.az
Website: www.toyotabaku.az

Toyota Abşeron Mərkəzi
Bakı-Sumqayıt şosesi, 6-cı km, Bakı, Azərbaycan
Telefon: +994 12 349 00 60 / *0110
Email: info@toyota-absheron.az
Website: www.toyota-absheron.az

Toyota Gəncə Mərkəzi
Gəncə-Şəmkir şosesi, 1-ci km, Gəncə, Azərbaycan
Telefon: +994 22 256 80 70
Email: info@toyota-gence.az
Website: www.toyota-gence.az



teqlər:
Toyota, Toyota Corolla, Toyota RAV 4 02.04.2019

Şərhlər


AD