Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen gücləndirilmiş krossover təqdim edib

Krossover Volkswagen T-Roc R-in Cenevrə avtosalonunda təqdim edilməsi ərəfəsində şirkət modelin onlayn təqdimatını keçirib. VW T-Roc R-un mühərriki Golf R-də olduğu kimidir – 296 a.g. və 400 Nm fırlanma anı verən 2-litrlik, 4-silindrli turbolaşdırılmış benzin mühərrik. O, 7-pilləli, iki muftalı avtomat sürət qutusu, artıq baza komplektasiyada tam ötürücü sistemlə birgə çalışır.

Yolsuzluq avtomobili T-Roc R 100 km/saata 4,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 250 km/saatdır. Əlbəttə, VW təkcə Golf R-dən mühərriki bu yeniliyə köçürməyib. Həmçinin krossoverin asılqanı təkmilləşdirilib və gücləndirilib, sükan idarəetməsi daha kəskin olub. Yeniliyə Golf R Performance-dan 17-düymlük əyləc sistemi də quraşdırılıb.

Avtomobil, həmçinin yerindən sürətlənmə zamanı sürücüyə yardım funksiyası, yürüş rejimi (Race), ESC sistemini söndürə bilmə imkanı ilə təchiz edilib.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen T-Cross 05.03.2019

Şərhlər


AD