Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Polestar yeni model təqdim edib

Polestar şirkəti ikinci tam elektrikli kompakt fastbək brendinin buraxılışı barədə rəsmi elan verdi. Görünür, dünyada Tesla-nın ilk əsl rəqibi nəhayət seriyalı istehsala hazırdır.

Tam elektrikli Polestar 2 modeli 402 a.g. və 660 Nm fırlanma anı verən iki elektrik mühərriki və 78 kVt-lıq batareya ilə təchiz edilib ki, o, enerji ilə tam doldurulduqdan sonra avtomobil 500 km məsafə qət edə biləcək.

Yeniliyin Avropa istehlakçıları üçün başlanğıc qiyməti 40 min avrodur. Bir qədər ucuz versiya isə 2021-ci ildə işıq üzü görəcək. Yəni, ilkin olaraq şirkət Launch versiyasın avtomobil istehsal edəcək ki, o, 60 min avroya satılacaq.

Yeni Polestar 2 Volvo-nun CMA platformasında yığılıb. Bu platforma XC40 və Lynk&Co 01 modelləri kimi kompakt krossoverlərdə istifadə edilib. Şirkətdən bildiriblər ki, dolu akkumulyator şassinin sərtliyini artırır və hərəkət zamanı səsi 3,7 desibelədək azaldır.

Polestar, həmçinin müştərilərə Performance opsional paketi təklif edəcək. O, Ohlis amortizatorları, Brembo əyləc sistemi və 20-düymlük unikal təkər diskləri sayəsində avtomobilin idarəetməsini yaxşılaşdırır. Bu komplektasiyaya, həmçinin qızılı təhlükəsizlik kəmərləri və əyləc supportları daxildir.

AUTO.AZ



teqlər:
Polestar, Polestar 2 01.03.2019

Şərhlər


AD