Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Skoda-nın yeni krossoveri

Çexiyanın Skoda şirkəti Cenevrə avtosalonu ərəfəsində Avropa bazarı üçün nəzərdə tutulan kompakt krossover Kamiq-in onlayn təqdimatını keçirib. Heç kimə sirr deyil ki, Skoda yeni kompakt krossover üzərində Nissan Juke, Renault Captur və Hyundai Kona-ya meydan oxumaq üçün işləyirdi. Çex avtomobil istehsalçısı bir neçə tizer buraxdıqdan sonra modelin bütün detallarının sirrini açmaq vaxtı gəlib çatdı.

Kamiq adı inuitlərin (Şimali Amerikada yaşayan xalq) dilindən gəlib. Bu söz tərcümədə “istənilən şəraitdə sizə rahat olan və öz xarakterinə malik” deməkdir.

Kamiq kompakt Karoqdan sonrakı yeri tutacaq – onun uzunluğu 4241mm, eni 1793 mm, hündürlüyü 1531 mm, təkər bazası isə 2651 mm-dir. Baqajın həcmi 400 litrdir. Bundan əlavə, 2447 mm uzunluğunda əşyaları daşımaq üçün qabaq sağ oturacağı da əymək olar.

Kamiq-in interyerində komplektasiyadan asılı olaraq 6,5, 8 və ya 9,2-düymlük displeyi olan informasiya-əyləncə sistemi var. Sonuncu bu seqmentdə ən böyük ekrandır. Bundan əlavə, cihazlar paneli tam rəqəmsaldır, onun ölçüsü 10,25 düymdür.

Baza variantda avtomobil 113 a.g. və 200 Nm fırlanma anı verən 1-litrlik mühərrik alacaq. O, 6-pilləli mexaniki və ya 7-pilləli robot sürət qutusu ilə birgə işləyəcək. Həmçinin 148 a.g. və 250 Nm fırlanma anı verən 1,5-litrlik turbo benzin, habelə 113 a.g. və 250 Nm-ə malik 1,6-litrlik dizel mühərriklər də əlyetərli olacaq.

AUTO.AZ



teqlər:
Skoda, Skoda Kamiq 22.02.2019

Şərhlər


AD