Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni BMW X3 M və X4 M

BMW şirkəti yolsuzluq avtomobilləri X3 və X4-ün M idman versiyalarının onlayn təqdimatını keçirib. Bu krossoveri adi X3 və X4-dən fərqləndirmək üçün M-versiyalara qara radiator barmaqlığı quraşdırılıb, avtomobillərin qabaq hissələri daha aqressiv olub, hava çıxıntıları daha da böyüdülüb, həmçinin güzgülərin qapaqları daha aerodinamikdır, arxada isə unikal diffuzor var.

Qaz buraxma sistemi də standartdan fərqlənir və 4 boru ilə təchiz edilib. Digər təkmilləşdirmələr arasında xüsusi M-spoylerləri, əlavə ban rənglərini və 20-düymlük təkər disklərini qeyd etmək lazımdır.

X3M və X4M-in əsas fərqli cəhəti, əlbəttə ki, kapotun altında dayanır – bu, 3-litrlik, 6-silindrli, iki turbo yükləyicili mühərrikdir ki, o, 473 a.g. və 598 Nm fırlanma anı verir.

Mühərrik M-versiya üçün məxsusi olan 8-pilləli avtomat sürət qutusu və tam ötürücü ilə birgə çalışır.  Bu güc qurğusu krossoverləri 0-dan 100 km/saata 4,1 saniyəyə sürətləndirir, maksimal sürət isə 280 km/saatdır.

Daha böyük məhsuldarlıq almaq istəyənlər üçün isə BMW Х3 və Х4 М Competition istehsal edib – onlarda eyni mühərrik quraşdırılıb, lakin 503 a.g. və 598 Nm fırlanma anı verir. Nəticədə, yerindən 100 km/saata sürətlənmə 4 saniyəyə baş verir, maksimal sürət isə 284 km/saatdır.

Bundan əlavə, modellər daha yaxşı idarəetmə, gücləndirilmiş qabaq və arxa asmalar, fəal M-differensial, uyğunlaşdırılmış asılqan, yüksək effektli əyləc sistemi, qabaqda 395 mm, arxada isə 370 mm-lik ventilyasiya olunan disklər alıb.

AUTO.AZ

 



teqlər:
BMW, BMW X3, BMW X4 20.02.2019

Şərhlər


AD