Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Land Rover-dən hibrid Range Rover Sport

Land Rover şirkəti Range Rover Sport HST-ni təqdim edib. O, yumşaq hybrid güc qurğusu almış ilk seriyalı Jaguar Land Rover avtomobilidir. Yolsuzluq avtomobili 3-litrlik, 6-silindrli, 395 a.g. və 550 Nm fırlanma anı verən tam yeni  benzin mühərrik alıb. O, V6-nı əvəz edib. Əsas fərqləndirici cəhəti isə ikili turbo yükləyici və xüsusi elektrik super yükləyicidir.

Jaguar Land Rover bəyan edir ki, elektrik yükləyici dəqiqədə 120 min dövr vura bilən elektrik mühərrikindən hərəkətə gətirilir. Bu da turbokompressorun işində bütün gecikmələri ört-basdır edir. Bundan əlavə, bu, V6 mühərriki ilə müqayisədə bərk tullantıların səviyyəsini 75%-dək, CO2-nin isə 12%-dək azaldır. Yanacaq sərfiyyatı da azalıb - 100 km məsafəyə 9,3 litr.

Bundan əlavə, mühərrikdə məhsuldarlığın artırılması üçün klapanların qalxmasını fasiləsiz tənzimləyən xüsusi system, habelə hərəkət zamanı enerji yığa bilən və fırlanma anını dəstəkləyən 48-voltluq elektrik sistemi və Start/Stop sistemi quraşdırılıb.

Range Rover Sport HST xüsusi versiya kimi satılacaq. O, digər modellərdən xüsusi lövhəciklər, ban ətrafında karbon lifindən hazırlanmış unikal işləmələrlə seçiləcək.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover, Range Rover Sport 17.02.2019

Şərhlər


AD