Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mitsubishi-dən yenilənmiş ASX

Rəsmi fotolara əsasən demək olar ki, SUV-un xarici görünüşü yenilənib. Yeni formada optika və barmaqlıq qabaq hissənin X-şəkillə görünüşünü daha parlaq edir. Duman əleyhinə və dönmə işıqları üçün bamperin ətrafında böyük yerlər ayrılıb. Kapot da dəyişilib. Arxa hissədə T-şəkilli əlavələri olan yeni fənərlər quraşdırılıb ki, onlar Volvo-nu xatırladır.

Mitsubishi-nin interyerində yeni multimedia displeyi var ki, bahalı versiyada onun ölçüsü 7-dən 8-düymədək artıb. Sistem özü də təkmilləşdirilib. İstehsalçılar ən müasir Tom Tom 5 naviqasiya sistemi və smartfonlarla işdə daha geniş imkanlar vəd edirlər – o cümlədən onlayn. Bundan əlavə, bu sistem USB-daşıyıcılardan video da oxuya biləcək.

Güc qammasına hər silindr üçün 4 klapanı olan 2,0-litrlik benzin mühərrik daxildir. ASX versiyası ilə ABŞ, Çin və Rusiyada tanınan versiya artıq Avropada da əlçatan olacaq. Təkmilləşdirildikdən sonra nə qədər gücə malik olacağı barədə məlumat verilməyib. Yalnız o məlumdur ki, sürət qutusu ya 5-pilləli mexaniki, ya da 6-pilləli variator olacaq. O, qabaq və ya tam ötürücü alacaq.

Mitsubishi mart ayının əvvəllərində Cenevrədə debüt edəcək, Avropada isə cari ilin ikinci yarısında satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Mitsubishi, Mitsubishi ASX 12.02.2019

Şərhlər


AD