Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yenilənmiş Volkswagen Golf

Volkswagen şirkəti ən məşhur modeli olan Golf-un təkmilləşdirilmiş modifikasiyasını təqdim edib – bu, GTI TCR versiyasıdır ki, Golf GTI Performance və Golf R arasında qərarlaşıb.

TCR 2-litrlik, 4-silindrli, 286 a.g. verən mühərriklə təchiz edilib. Bu, GTI-dan 44 a.g. çox, R modelindən isə 10 a.g. zəifdir. Güc qurğusu 7-pilləli, iki muftalı avtomat sürət qutusu ilə birgə işləyir. O, gücü qabaq təkərlərə ötürür və avtomobilə 100 km/saata 5,6 saniyəyə sürətlənməyə imkan verir. Maksimal sürət opsional olaraq 250 km/saatdan 260 km/saata qədər artırıla bilər.

Yeni Golf GTI TCR digərlərindən bir sıra xarici yenilikləri ilə fərqlənir – qabaq splitter, uzun kandarlar, damda spoyler, diffuzor. Bundan əlavə, TCR 18-düymlük təkərlər, qara qapaqlı arxa görünüş güzgüləri, qabaq körpünün diferensial bloklaması və s. ilə təchiz edilib.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Golf 07.02.2019

Şərhlər


AD