Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

McLaren-dən yeni rodster 600LT Spider

McLaren şirkəti üstü açıq Spider 600LT modelini təqdim edib. O, McLaren-in Longtail sıralamasında beşinci avtomobil oldu. Superkar 3,8-litrlik, iki turbo yükləyicili, 592 a.g. və 620 Nm gücü olan V8 mühərriki ilə təchiz edilib.

Güc qurğusu 7-pilləli, iki muftalı avtomat sürət qutusu ilə birgə işləyir. Bu, superkarı 100 km/saata 2,9 saniyəyə sürətləndirir, maksimal sürət isə 324 km/saatdır. Yerindən 200 km/saata sürətlənmə isə 8,4 saniyəyə həyata keçirilir. Bu, kupe banında olan versiyadan 0,2 saniyə gecdir.

Doğma qardaşı 600LT Coupe kimi, Spider də standart 570S Spider-dən 100 kq yüngüldür. Karbon lifindən olan möhkəm şassi sayəsində 600LT Spider kupe kimi əvvəlki ban sərtliyini saxlayıb. Buna baxmayaraq, çəki cəmi 50 kq artıqdır – 1297 kq.

600LT Spider-i McLaren-in rəsmi dilerlərindən sifariş vermək olar, lakin say məhduddur. Qiymət isə Avropada 250 min avrodan başlayır.

AUTO.AZ



teqlər:
McLaren, McLaren 600LT Spider 05.02.2019

Şərhlər


AD