Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yenilənmiş Ford Mondeo

Bazarlarda sedanların satışının zəifləməsinə və bu modellər sırasının azalmasına baxmayaraq, Ford şirkəti öz flaqman sedanı Mondeo-nun təkmilləşdirilmiş versiyasını buraxıb.

Əsas yenilik isə təkmilləşdirilmiş Mondeo-da hibrid mühərrikin quraşdırılması oldu. Bu mühərrik yalnız universal banda olacaq. Yeni güc qurğusuna 2-litrlik benzin mühərrik və 1,4 kVt-lıq tökmə-ionlu batareya daxildir. Güc qurğusu 184 a.g.-ə malikdir, gücü paylayan xüsusi funksiyalı avtomat sürət qutusu ilə birgə işləyir.

Ford-un mühəndislərinin bütün səyləri ona hesablanıb ki, hibridli Mondeo 100 km məsafəyə 4,4 litr yanacaq sərf etsin. O cümlədən xüsusi texnologiya sayəsində tormozlama zamanı da enerji əldə edilir.

Digər mühərriklər: 2-litrlik dizel EcoBlue (118, 148 və 187 a.g.). 118-güclü mühərrik 6-pilləli mexaniki sürət qutusu, digər ikisi isə 8-pilləli avtomatla birgə işləyir. Yeni Mondeo-da opsiya qismində tam ötürücü də əlyetərlidir.

Universal Mondeo 403 litrlik baqaja, o cümlədən baqajın döşəməsi altında əlavə yerlərə malikdir. Arxa oturacaqlar yığıldıqda baqajın həcmi 1508 litrə qədər artır. Vizual olaraq da bəzi dəyişikliklər edilib: bir qədər fərqli radiator barmaqlığı, xrom əlavələr, duman əleyhinə yeni faralar, təkmilləşdirilmiş arxa fənərlər.

AUTO.AZ



teqlər:
Ford, Ford Mondeo 22.01.2019

Şərhlər


AD