Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford Mustang Shelby GT500-ü təqdim edib

Ford şirkəti Detroyt avtosalonu çərçivəsində 2020-ci model ilinə məxsus əfsanəvi Mustang Shelby GT500-ü təqdim edib. Ford şirkəti Shelby GT350 və GT350R modellərini istehsal etdikdən sonra, Mustang həvəskarları anladılar ki, əsas partlayış GT500 versiyası olacaq. Bu versiya əsl güc rekordu vurub.

Ford axıradək yeni GT500-ün güc qurğusunun sirrini açmadı, lakin bildirdi ki, bu model artıq 700 a.g.-ə malikdir və 100 km/saata cəmi 3 saniyəyə sürətlənir. Bu da onu Mustang-ın tarixində ən sürətli və güclü edir.

Bildirilib ki, 5,2-litrlik V8 GT350-nin istifadə etdiyi bloka malikdir. Ona 2,65-litrlik nəhəng turbo yükləyici əlavə edilib. Bu, Hellcat və Camaro ZL1-dən çox, Demon-dan isə bir qədər azdır.

İdman bölməsi Ford Performance 7-pilləli, iki muftalı avtomat sürət qutusu seçib. O, karbon lifindən olan unikal kardan val vasitəsilə gücü arxa təkərlərə ötürür. Ford-un bildirdiyinə görə, sürət qutusu bir neçə rejimdə, o cümlədən adi, idman, draq və trek rejimlərində ötürmələri 100 milli saniyədən də tez edir.

Yüksək gücə tab gətirmək üçün Mustang GT500-ün asılqanı dəyişilib, o, daha yüngül yaylar, yeni amortizatorlar, daha güclü əyləc və yeni sükan idarəetməsinin elektron gücləndiricisini alıb.

Avtomobil iki versiyalı asmada əlyetərli olacaq, onlardan ən sərti maksimal sıxma gücünü artırmaq üçün xüsusi aerodinamika ilə hazırlanıb. Şirkətdən bildirilib ki, GT500-ün qabaq hissəsi GT350-ə nisbətən hava axınının 50%-ni özünə çəkir.

AUTO.AZ



teqlər:
Ford, Ford Mustang 18.01.2019

Şərhlər


AD