Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Toyota Supra

Bəzi casus fotolardan və bir neçə il davam edən testlərdən sonra Toyota şirkəti yeni sportkar Supra-nın rəsmi təqdimatını keçirdi. Çox güman ki, siz yapon sportkarının təsvirini çox görmüsünüz və modelin rəsmi təqdimata qədər heç bir sirri yox idi. Sadəcə Supra-nın böyük görünüşünü və onun FT-1 konsepti ilə əlaqəsini qeyd etmək istərdik.

Salonda BMW-nin müdaxiləsi açıq-aydın görünür və nəzərə alsaq ki, Toyota Supra Z4 ilə eyni platformada yığılıb və elə onun mühərrikini və bəzi interyer elementlərini alıb bu, təəccüblü deyil.

Toyota Supra BMW-dən 3-litrlik, turbolaşdırılmış, 6-silindrli mühərrik alıb. Lakin bu mühərrik Z4-də olandan 47 a.g. zəifdir – 335 a.g. və 494 Nm fırlanma anı. 8-pilləli avtomat sürət qutusu olan Supra yerindən 100 km/saata 4,3 saniyəyə sürətlənir, maksimal sürəti isə elektron göstəricidə 250 km/saatda məhdudlaşdırılıb. Modelin 2-litrlik, 4-silindrli, 190 və 254 a.g., 320 və 400 Nm fırlanma anı verən mühərrikləri də olacaq.

Debüt zamanı Toyota bütün versiyaları avtomat sürət qutusu ilə nümayiş etdirib. Lakin bir qədər əvvəl şayiə gəzirdi ki, bir qədər zəif versiyalar mexaniki sürət qutusu ilə təchiz ediləcək.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Supra 17.01.2019

Şərhlər


AD