Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen-dən yeni Passat

Sedanların satışının azalması General Motors və Ford-u bəzi seqmentlərin modellərindən imtina etməyə vadar edib, lakin Volkswagen onlardan fərqli olaraq 2020-ci ildə Detroytda yeni Passat təqdim edəcək.

Debütdən bir gün əvvəl yeniliyin təsviri mətbuata sızdı və demək olar ki, Volkswagen sedanın Şimali Amerika bazarı üçün nəzərdə tutulan bu versiyasında yalnız feysliftinqlə kifayətlənib.

Yeni Passat böyük radiator barmaqlığı olan qabaq hissə və yeni dizaynda faralar alıb. Şəkildə gördüyümüz R-Line paketinə, həmçinin daha aqressiv bamper, hava çıxıntıları və müasir tökmə disklər daxildir. Avtomobilin arxa hissəsi və profili daha gözəl alınıb. Belə ki, son pəncərənin dizaynı dəyişilib, arxa fənərlər daha nazik olub, baqajın üzərində kiçik spoyler yerləşdirilib.

Salon da bir qədər dəyişilib – yeni cihazlar paneli və təkmilləşdirilmiş ventilyasiya çıxıntıları salonu vizual olaraq daha enli edib. Burada yeni informasiya-əyləncə sistemi, bir qədər dəyişilmiş salon işləmələri və qara parlaq çalarlar də var.

Yeni Passat-ın kapotu altında 2-litrlik, 4-silindrli, 174 a.g. və 280 Nm fırlanma anına malik turbolaşdırılmış mühərrikin quraşdırılması gözlənilir. O, 6-pilləli avtomat sürət qutusu və arxa ötürücü sistemlə birgə çalışacaq. Volkswagen elə də qənaətcil olmayan 3,6-litrlik, 280 a.g. və 350 Nm verən VR6 mühərrikindən imtina etmək qərarına gəlib.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen Passat 16.01.2019

Şərhlər


AD