Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Ford Explorer

Detroytda avtosalon hələ açılmayıb. Lakin Ford şirkəti artıq tədbirə marağı artırıb. O, təkmilləşdirilmiş yolsuzluq avtomobili Explorer-i təqdim etdi. Explorer-in xarici görünüşü asanlıqla tanınır, belə ki, yeni versiyada inqilabi dizayndan istifadə olunub.

Buna baxmayaraq, krossover yumru qabaq hissə, böyük radiator barmaqlığı, idmansayağı hava çıxıntıları, nazik faralar alıb. Dizaynerlər ətraflarda plastik asmanı saxlayıblar, lakin daha gözəl ban detalları və idmansayağı dam xətti əlavə ediblər.

Yeni Explorer-in əsas özəlliyi onun salonudur. Burada baza komplektasiyada artıq ikizonalı klimat-kontrol, Wi-Fi olan 4G, informasiya-əyləncə sisteminin 8-düymlük ekranını görmək olar.

Daha bahalı komplektasiyalarda 10 istiqamətdə nizamlanan sürücü oturacağı, dəri paket, mühərriki işə salma düyməsi olan intellektual sistem, bütün oturacaqların qızdırılması, panorama dam, 14 dinamikli PowerFold audiosistem, opsional olaraq multimedia sistemi üçün 10,1- və ya 12,3-düymlük ekran olacaq.

Ford Explorer-i çoxlu sayda müxtəlif mühərriklərlə təklif edəcək, o cümlədən tam yeni 10-pilləli avtomat sürət qutusu və arxa ötürücü ilə birgə işləyən, 300 a.g. və 420 Nm fırlanma anı verən 2,3-litrlik EcoBoost.

Daha güclü versiya 365 a.g. və 514 Nm fırlanma anı verən 3-litrlik mühərriklə təchiz edilir. Gələcəkdə hibrid də əlyetərli olacaq (3,3-litrlik V6). Həmçinin daha gücləndirilmiş Explorer ST (400 a.g. və 542 Nm) də gözlənilir.

AUTO.AZ



teqlər:
Ford, Ford Explorer 15.01.2019

Şərhlər


AD