Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Cadillac yeni XT6-nı rəsmən təqdim edib

Detroyt avtosalonunda Cadillac XT6 təqdim edilib. Bu, XT5 ilə böyük Escalade arasında qərarlaşacaq üçsıralı krossoverdir. Yeniliyin qabaq hissəsi unikal dizayna malikdir ki, orada radiator barmaqlığı standart diodlu işıqlarla əhatələnmiş Escala üslubundadır. XT6, həmçinin vertikal diodlu hərəkət işıqları alıb.

Avtomobilin yan və arxa hissələri Cadillac üslubunda dizaynlarını qoruyub saxlayıb. Lakin XT6 əzələli yan xətlərə, aşağı əyilən dama, 20-düymlük yüngül lehimli disklərə, habelə arxa qapı üzərində spoylerə, yeni arxa fənərlərə və qaz buraxma sistemi üçün iki boruya malikdir.

Cadillac interyer barədə çox informasiya verməyib, lakin şəkillərə əsasən demək olar ki, o, XT5-in elementlərinə malikdir, o cümlədən ağac və ya karbon işləmələr, informasiya-əyləncə sistemi üçün 8-düymlük sensor ekran. Əsas özəllik üçüncü sıra oturacaqları sərnişinləri üçün 75 sm-lik böyük yer. Bu, Audi Q7-dən böyük, Infiniti QX60-dan isə 3,3 sm kiçikdir.

Bundan əlavə, XT6 356 litrlik baqaja malikdir. İkinci və üçüncü sıra oturacaqlar yığıldıqdan sonra isə onun həcmi 2228 litr olur. Avtomobil dəri salon üzlükləri, ventilyasiya olunan qabaq oturacaqlar, ikinci sıra oturacaqlar üçün qızdırıcı, hava ionlaşdıran və xüsusi audio sistem alıb.

Cadillac XT6 3,6-litrlik, 310 a.g. və 373 Nm fırlanma anına malik V6 mühərriki, 9-pilləli avtomat sürət qutusu və qabaq ötürücü ilə təchiz edilib. Tam ötürücü sistem üçün XT6 Sport modelini sifariş etmək və ya XT6 Premium Luxury paketini opsional quraşdırmaq lazımdır.

AUTO.AZ



teqlər:
Cadillac, Cadillac XT6 14.01.2019

Şərhlər


AD