Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes dizel G-Class təqdim etdi

Mercedes G-class ailəsinin yeni nəsli genişlənib: indi sıraya dizel modifikasiya da - G 350 d daxil edildi. V6 3.0 (245 a.g., 600 Nm) əvəzinə burada 3-litrlik altılıq OM 656 (286 a.g., 600 Nm) peyda oldu.

Əlbəttə, bu dəyişiklik dinamik göstəricilərin yaxşılaşdırılmasına gətirib çıxarıb. Əgər əvvəlki təkmilləşdirilmiş nəsil G 350 d ilk yüzlüyü 8,9 saniyəyə yığırdısa, indiki yolsuzluq avtomobili bunu 7,4 saniyəyə həyata keçirir. Maksimal sürət 192 km/saatdan 199 km/saata qədər artıb.

Yeni mühərrik həm də qənaətcildir. G 350 d-nin orta yanacaq sərfiyyatı 100 km-ə 9,6-9,8 litrdir. İstehsalçılar bu versiyanı Geländewagen-in tarixində ən səmərəli adlandırırlar.

Dizel Euro 6d-TEMP normalarına cavab verir və sərt RDE metodikası (Real Driving Emissions) ilə sınaqdan keçməyə hazırdır. Bu, daha çox təmizləmə sistemi sayəsində mümkün olub ki, ona ASC (Ammonia Slip Catalyst) sistemi daxildir.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes G-Class 12.01.2019

Şərhlər


AD