Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini Huracan EVO-nu təqdim etdi

Yeni Lamborghini Huracan EVO adlandırıldı və indi tam inteqrasiya olunmuş dinamikanın idarəetmə sisteminə malikdir. Bu yaxınlarda yayılmış tizerə əsasən EVO adı təəccübləndirmədi.

Lamborghini-nin yeni Huracan EVO-da gördüyü əsas iş istiqaməti aerodinamikadır – superkar yeni qabaq bamperlə, Y-şəkilli dizaynda böyük hava çıxıntıları ilə, o cümlədən yeni təkər dizaynı və yan hava çıxıntıları ilə təchiz edilib.

Buna baxmayaraq, təkmilləşdirilmiş Huracan-ın arxa hissəsi daha çox nəzərə çarpır – qaz buraxma boruları sıxma gücünü artıran xüsusi spoyler almış arxa bamperdə bir qədər yuxarıda yerləşdirilib.

Lamborghini Huracan EVO aerodinamika və sıxma gücü nöqteyi-nəzərindən maksimal effektli olub. Şirkətdən bildiriblər ki, yeni aerodinamika sıxma gücünü birinci nəsil Huracan-a nisbətən 5 dəfədən çox artırıb.

Şirkətin baş direktoru Stefano Domenikali deyib: “Lamborghini super idman avtomobilləri texnologiyasının və sürücülük emosiyasının ən yüksək mərhələsinə çatmaq niyyətindədir. Huracan EVO elə özü inqilabi yenilikdir: bu, qabağa bir addımdır, seqmentin parametrlərinin yenidən müəyyənləşdirilməsidir. Onun idarəetməsi çox sadədir və istənilən şəraitdə maksimal sürətli və hissiyyatlı idarəetməni təmin edir”.

Huracan EVO-nun kapotu altında elə həmin 5,2-litrlik atmosferli V10 dayanıb. Lakin o, indi 631 a.g.-ə (+29) və 600 Nm fırlanma anına malikdir. Bu, 1422 kq-lıq avtomobili yerindən ilk yüzlüyə 2,9 saniyəyə sürətləndirir, maksimal sürət isə 325 km/saatdır. Perfomante-da da elə bu xarakteristikadır.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Huracan 10.01.2019

Şərhlər


AD