Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mercedes-Benz CLA

Mercedes-Benz şirkəti Las-Veqasda keçirilən CES avtomobil sərgisi çərçivəsində 4-qapılı kupe CLA-in yeni nəslini təqdim edib. Mercedes-Benz-in məlumatına görə, yeni CLA Coupe modelin tarixində daha idmansayağı olub, o cümlədən böyük qabaritlər sayəsində salonu genişlənib.

Beləliklə, yeni kompakt 4-qapılı kupenin uzunluğu 4688 mm, eni 1830 mm-dir. Bu, yeniliyi sələfindən 48 mm uzun, 53 mm enli edir. Təkər bazası da 30 mm böyüdülüb. Bütün bunlar CLA Coupe-ə daha geniş interyer verib.

CLA-in ikinci nəsli Las-Veqasda CLA 250 kimi debüt edib. O, turbolaşdırılmış 2-litrlik, 4 silindrli benzin mühərriklə (222 a.g., 350 Nm) təchiz edilib. Güc qurğusu iki muftalı, 7-pilləli avtomat sürət qutusu ilə birgə çalışır.

Mercedes modelin digər mühərrk variantları barədə heç nə deməyib, lakin bildirib ki, onların çoxu A-Class-dan götürüləcək, sürətlər qutusu ya avtomat, ya da mexaniki olacaq. Tam ötürücü sistem də opsiya kimi təklif ediləcək.

İndi yeni CLA-də idarəetmə dinamikası da böyük rol oynayır – qabaq təkərlər arasında məsafə 63 mm, arxa təkərlər arasında isə 53 mm genişlənib. Mercedes-in bəyanatına görə, aşağı salınmış orta ağırlıqla birlikdə bu, yeni CLA modelini müasir dövrdə ən cəlbedici avtomobil edir.

Las-Veqasda təqdim edilmiş model səsin və titrəmənin azaldılmasına uyğun tənzimlənmiş çoxrıçaqlı arxa asılqanla və s. təchiz edilib. Yeni CLA-in salonunda da A-Class-da olduğu kimi eyni arxitektura mövcuddur: iki displeyi olan yeni informasiya-əyləncə sistemi, təkmilləşdirilmiş səslə idarəetmə funksiyası.

Təhlükəsizlik sisteminə gəldikdə, yeni Mercedes CLA ən müasir texnologiyaya, o cümlədən yarıavtomat idarəetmə, təcili tormozlama, bir xətt üzrə hərəkətə nəzarət, əyləc zamanı yardım və s. sistemlərə malikdir.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes CLA 07.01.2019

Şərhlər


AD