Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan yeni Leaf E+ təqdim edib

Nissan Leaf-in əvvəlki nəsli elə bazara çıxan kimi ən çox satılan oldu. Lakin bir neçə il keçdikdən sonra o, tam dolu akkumulyatorla 240 km məsafə qət edə bilməsi ilə rəqiblərindən geri qaldı. Şirkət vəziyyəti düzəltməyə çalışdı və Las-Veqas avtosalonunda təkmilləşdirilmiş Leaf E+ versiyasını təqdim etdi.

Yeni Leaf E+ həcmi 62kVt artırılmış tökmə-ionlu batareya alıb ki, indi bunun vasitəsilə 363 km məsafə qət edə biləcək. Bu, standart modeldən 122 km çoxdur və uzaq məsafəyə səyahət etmək istəyən müştərilərin narahatlığını aradan qaldıracaq.

Yeni batareyadan əlavə, Leaf E+ modernləşdirilmiş elektrik mühərriki alıb ki, o, 214 a..g və 340 Nm fırlanma anına malikdir. Bu, əvvəlki versiyadan (147 a.g., 319 Nm) daha güclüdür.

Əlavə güc təkmilləşdirilmiş ağır batareyanı kompensasiya edəcək və Nissan bunu edə bildi. Belə ki, Leaf E+-nin maksimal sürəti təqribən 10 faiz, 80 km/saatdan 120 km/saata sürətlənmə isə 13 faiz artdı.

Leaf E+, həmçinin 70 Kv-lıq yeni enerji doldurma sistemi ilə təchiz edilib. O, pik rejimdə 100 kV-lıq güc verə biləcək. Nissan batareyanın enerji ilə doldurulma müddətini açıqlamasa da, şirkətdən bildiriblər ki, bu əməliyyat standart Leaf-dəki kimi tez həyata keçirilir. Bu, nəzərəçarpan nailiyyətdir, çünki Leaf E+ daha böyük batareyaya malikdir.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Leaf 05.01.2019

Şərhlər


AD