Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus köhnə Gelendevagenləri yeniləyib

Yenilik yolsuzluq avtomobilinin artıq konveyerdən çıxarılmış növünün bazasında yığılıb. Donor qismində isə 544 a.g.-lü benzin 5.5 V8 mühərrikli AMG G 63 versiyası oldu. Tüninqdən sonra mühərrik 700 a.g.-ə, 960 Nm fırlanma anına malik olub.

Mühərrikin gücü avtomobilin adında da qeyd olunub, o, artıq Brabus 700 4x4² adlanır. Onu gücləndirmək üçün mühəndislər yükləyici sistemi dəyişiblər, hava borularına isə istiliyə dözümlü xüsusi üz çəkiblər. Qaz buraxma sisteminə yeni katalizatorlar quraşdırılıb.

Yolsuzluq avtomobili yerindən 100 km/saata 5 saniyəyə sürətlənir. Maksimal sürət 210 km/saatdır. Bu, yeni asılqanın tələbidir. Avtomobildə əsas məsələ sürət deyil, yolsuzluğa dözümlülükdür. Burada portal körpülər, yeni adaptiv amortizatorlar dayanır.

Turist dəstinə əlavə mühərrik qoruyucu, sürət qutusu və benzin çəni daxildir. Təkər arkalarında kömür plastikdən əlavələr dayanır. Avtomobil R22 disklər, Pirelli Scorpion ATR şinlər alıb. Avtomobil üçün arıt sifarişlər qəbul olunur. Qiymət təxminən 250 min avrodan başlayır. Yeni Brabus cəmi 10 ədəd istehsal ediləcək.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes G-Class, Brabus 27.12.2018

Şərhlər


AD