Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota-dan zavod tüninqi paketi

Toyota şirkəti Toyota Racing Development (TRD) bölməsinin növbəti əməyinin sirrini açıb. Bu dəfə hədəf Camry və Avalon sedanlarıdır. Hər iki dördqapılı aqressiv asma, təkmilləşdirilmiş interyer və yürüş həvəskarları üçün asılqan alıb.

Rəsmi olaraq bildirilir ki, təkmilləşdirmə paketi bu modellərin həvəskarlarının çoxsaylı xahişləri əsasında hazırlanıb. TRD mühəndisləri əsasən Camry və Avalon-un asılqanı üzərində iş aparıblar. Orada daha sərt yaylar, yenidən tənzimlənmiş amortizatorlar, köndələn dayanıqlı fərqli sabitləşdiricilər var. Bildirilir ki, Camry-də qabaq ox üzərində asılqan 44 faiz, arxa oxda isə 67 faiz daha sərt olub. Bundan əlavə, sedanlarda yer səthi ilə avtomobilin altı arasında olan məsafə 15 mm azalıb.

TRD versiyasında olan həm Camry, həm də Avalon 328-mm-lik diskləri, ikiporşnli  qırmızı supportları olan güclü əyləc mexanizmi, o cümlədən 19-düymlük təkər diskləri ilə təchiz edilir. Toyota Camry-nin hər təkəri ona 1,4 kq, Avalonun hər təkəri isə ona 2 kq yüngüllük verir. Hər iki model 3,5-litrlik, 305 a.g.-lü V6 mühərriki, 8-pilləli sürət qutusu ilə təchiz edilir.

Xarici görünüşə gəldikdə, dizaynerlər sedanlar üçün yeni radiator barmaqlığı, splitterlər, kandar əlavələri fikirləşiblər. Arxa hissədə spoyler, diffuzor, qaz buraxma sistemi üçün orijinal borular peyda olub. İnteryerə daha çox idman görünüşü vermək üçün, orada qırmızı rənglərdən istifadə edilib, oturacaqlar xüsusi materialla üzlənib.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Camry, Toyota Avalon 24.12.2019

Şərhlər


Elanı Premium etmək

Daha tez satmaq imkanı!

Elanınız əsas səhifədəki Premium elan blokunda, sifariş olunan zaman müddətində göstəriləcək.
Orta hesabla, 10 dəfə daha çox baxış, 5 dəfə daha çox cavablanma, satışlar bir neçə dəfə tez həyata keçirilir!

Həmin elanın təkrar uzadılması zamanı cari xidmət müəyyən olunmuş günlərin sayı qədər uzadır (günlər toplanır).



Elanınızın nömrəsi:

Belə nömrə ilə elan mövcud deyil

Credit cardPortmanat