Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Milyon avroluq təkmilləşdirilmiş Nissan GT-R

GT-R50 adlanan yenilik ötən yay mövsümündə təqdim edilmişdi. Nissan mühəndisləri onu tüninq-atelye Italdesign-ın əməkdaşları ilə birgə hazırlayıblar. İtaliyalılar əsasən xarici görünüşə cavabdeh idilər və superkarı cidd dəyişikliyə məruz qoyublar. İnteryer də dəyişilib.

Modelin bütün ban panelləri yenidir və buna görə də avtomobilin ölçüləri böyüyüb. Avtomobilin uzunluğu və eni 10 santimetrlərlə böyüyüb. Arxa hissədə palçıq qoruyucusu peyda olub və manevrdən asılı olaraq, əymə bucağını və sıxma gücünü dəyişir. Qabaq hissədə isə böyük barmaqlıq var.

Seriyalı GT-R50-nin salonunda multimedia displeyi, analoji cihazlar paneli var. Salon zamşa, bahalı dəri və karbon ilə işlənilib. Avtomobil 3.8 V6 bi-turbo mühərrik alıb ki, o, 720 a.g.-ə (baza variantda 600 a.g.) malikdir. Mühərriki gücləndirmək üçün mütəxəssislər ona yeni turbo kompressor quraşdırıblar. Mühərriklə yanaşı, robotlaşdırılmış sürətlər qutusu da yenilənib.

Artıq GT-R50 üçün sifarişlər qəbul olunur. Bunu Nissan deyil, Italdesign atelyesi edir. Qiymət isə 990 min avrodur. Özü də model heç də hamıya qismət olmayacaq. O, cəmi 50 ədəd istehsal ediləcək. İlk superkarlar alıcılarına təxminən bir il sonra çatdırılacaq. O, kolleksiyaçılar üçün nəzərdə tutulub.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GT-R 20.12.2018

Şərhlər


AD