Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Range Rover yeni Evoque təqdim edib

Land Rover şirkəti kompakt yolsuzluq avtomobili Range Rover Evoque-un ikinci nəslinin rəsmi təqdimatını keçirib. Range Rover Evoque-un birinci nəsli 7 il bundan əvvəl buraxılıb və indi Land Rover ikinci nəsli təqdim edib.

Beləliklə, xarici görünüşdə inqilabi dəyişikliklər baş verməyib – Land Rover radikal ideyalardan imtina edib. Buna baxmayaraq, bir qədər dəyişiklik var. Avtomobilin qabaq hissəsi daha çox Velar-a bənzəyir, o cümlədən analoji nazik faralar və qabaq barmaqlıq. Evoque bəzi spesifikasiyalarda qabaq bamperdə eyni hava çıxıntılarına malikdir, avtomobilin arxa hissəsi isə, demək olar, Velar-a bənzəyir. Fərq yalnız arxa hissənin bir qədər aşağı olmasındadır.

Velar-a bənzərlik salonda da hiss olunur, belə ki, bu, daxildə istifadə edilən materiallara və yeni enli ekranı olan informasiya-əyləncə sistemli qabaq konsola aiddir. İnformasiya-əyləncə sistemi iki displeydən ibarətdir. Avtomobil, həmçinin yeni cihazlar paneli, sükan alıb, habelə BMW-də olan rejimin idarəetməsi üçün nəzərdə tutulan şaybadan imtina edib.

Kapotun altına gəldikdə, Evoque 4-silindrli benzin və dizel mühərrikləri seriyası alıb. Dizel 148-dən 237-dək a.g.-ə, benzin isə 237-dən 296-dək a.g.-ə malikdir. Güc qurğuları 9-pilləli avtomatla çalışacaq, lakin 6-pilləli mexanika da dizel üçün əlyetərli olacaq.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover, Range Rover Evoque 17.12.2018

Şərhlər


AD