Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nio elektrik mühərrikli avtomobil təqdim edib

Çinin Nio şirkəti özünün ikinci elektrik mühərrikli avtomobilinin sirrini açıb – yolsuzluq avtomobili ES6.

Birinci ES8-dən fərqli olaraq bu versiya daha kompakt və ucuzdur. Bu da Nio-ya bazarın daha əlyetərli seqmentinə daxil olmağa və böyük gəlir əldə etməyə imkan verəcək.

Nio çox vaxt Çin Tesla-sı adlandırılır. Təkcə ona görə yox ki, o elektrik mühərriklidir, Nio həm də ən qabaqcıl texnologiyadan istifadə edir. Maksimal dözümlülüyə nail olmaq və böyük batareyanı kompensasiya etmək üçün Nio ES6 aerokosmik alüminiumdan, bəzi elementləri isə karbon lifindən hazırlanıb.

Güc qurğusu da unikaldır – o, iki elektrik mühərrikindən ibarətdir. Mühərriklər ümumilikdə 536 a.g.-ə malikdir və modelə tam ötürücü təmin edir. Lakin adi rejimdə yalnız bir mühərrik çalışır (215 a.g.), ikinci isə (322 a.g.) yüksək sürətdə onu qoşulur.

AUTO.AZ



teqlər:
Nio, Nio ES6 15.12.2018

Şərhlər


AD