Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan-dan yeni elektrik mühərrikli superkar

Nissan şirkəti Tokioda tam funksional elektrik mühərrikli superkar Leaf Nismo RC təqdim edib. Avtomobil yürüş trasları üçün nəzərdə tutulub və cəmi 6 ədəd istehsal ediləcək.

Avtomobilin yürüş debütü Yaoiniyanın Fudzi trasında olub. Avtomobil istehsalçısının sözlərinə görə, Leaf Nismo RC Nissanın yürüş bölməsi ilə birgə Formula E bolidi əsasında hazırlanıb.

Nissan Leaf Nismo RC iki elektrik mühərriki ilə təchiz olunub ki, onlar 322 a.g. və 640 Nm fırlanma anına malikdir. Bu göstərici 2011-ci ildə buraxılmış modeldəkinə nisbətən iki dəfə çoxdur. Nissan bildirir ki, idman avtomobili 100 km/saata 3,4 saniyəyə sürətlənir.

Bolidin çəkisi 1220 kq-dır. Bu da karbondan istifadə sayəsindədir. Elektrik mühərrikləri balans üçün qabaq və arxa təkərlərin üzərində quraşdırılıb. Bundan əlavə, Leaf Nismo RC ağıllı tam ötürücü sistemlə təchiz edilib ki, o, fırlanma anını şinlər arasında bölür və döngələrdə yardım edir.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Leaf 10.12.2018

Şərhlər


AD