Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia Soul Booster-ə çevrilib

Növbəti nəslə keçiddən sonra Kia qərara gəldi ki, Soul modelini müxtəlif bazarlar üçün differensiallaşdırsın. Məsələn, Avropa İttifaqı ölkələri üçün model yalnız elektrik mühərrikli istehsal ediləcək. Vətəndə - Cənubi Koreyada isə o, dinamik hərəkət sevənlər üçün SUV kimi qərarlaşacaq. Mühərrik qammasına daha güclü aqreqatlar daxil ediləcək. Avtomobilin adına isə Booster əlavə ediləcək.

Alıcılara iki versiya təklif ediləcək. Birinci, elektrik mühərrikli Soul EV. O, Avropa üçündür. Yeniliyin mühərriki gücləndirilib – 204 a.g. İkinci, 1.6 T-GDI benzin (güc eynidir). Soul 7 diapazonlu robotla hərəkət edir.

Soul Booster 2019-cu ilin əvvəllərində satışa çıxarılacaq. O vaxta qədər Kia qiyməti və dinamik xarakteristikanı açıqlayacağına söz verib. Güman edilir ki, mühərrik qammasına 1.6 MPI və T-GDI, habelə 2.0 MPI daxil ediləcək.

AUTO.AZ



teqlər:
KIA, KIA Soul 05.12.2018

Şərhlər


AD