Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi-dən elektrik mühərrikli e-tron GT

Audi şirkəti konsept e-tron GT-nin ilk şəkillərini yayıb. Düzdür, şəkildə avtomobilin üstü bağlıdır. Bu konsept Audi-nin e-tron sıralamasını genişləndirəcək. Bu sıralamaya krossoverlər və sportbək daxildir. Buna baxmayaraq, GT alman şirkətinin elektrikli mühərriklər reytinqində yüksək yerdə dayanmalıdır.

Audinin əsas rəqibi sayılan Tesla S kimi, e-tron GT də sedan deyil – bu, idman dizaynında olan beşqapılı liftbekdir. Damı, yan dayaqları alçaq, arxa diffuzor isə böyükdür.

Audi şəkildən başqa heç bir informasiya verməyib. Lakin əvvəllər məlum idi ki, e-tron GT Porsche Taycan ilə eyni platformaya malikdir, yerindən 100 km/saata 4 saniyəyə sürətlənir, tam enerji ilə doldurulduqda 400 km məsafə qət edə bilir.

AUTO.AZ



teqlər:
Audi, Audi e-tron GT 01.12.2018

Şərhlər


AD