Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Bentley Continental GT kabriolet

Bentley şirkəti damı açılan üçüncü nəsil Continental GT modifikasiyasını təqdim edib. Hələlik kabriolet yalnız bir mühərriklə təklif edilir, lakin əvəzində bir çox yeniliklər alıb ki, onu əvvəlki nəsildən fərqləndirir.

Kabrioletin yumşaq damı yeni Z-şəkilli mexanizm alıb, onun sayəsində salonda səs səviyyəsi 3 dB-dək azalıb. Rəsmi məlumata görə, indi kabrioletin içində əvvəlki nəsil Continental-da olduğu kimi sakitdir.

Damın hazırlandığı parçanı müxtəlif rənglərə boyamaq olar. Daxili bəzək üçün səkkiz rəng təklif edilirsə, xarici görünüş üçün bu, yeddidir. Damın açılıb yığılmasına 19 saniyə vaxt tələb olunur, özü də bunu 50 km/saat sürətlə hərəkətdə olarkən etmək mümkündür.

Yeni növ poladdan istifadə sayəsində kabrioletin banı əvvəlkinə nisbətən 20 faiz yüngül, döngələrdə 5 faiz ağırdır. Qeyd edilib ki, yeni Bentley Continental GT-nin qabaq təkərləri 135 mm qabağa çəkilib ki, bu da kabrioleti vizual olaraq uzun göstərir.

Hazırda yenilik üçün yalnız bir mühərrik təklif edilir – 6-litrlik W12. Bu, dünyada texniki cəhətdən ən təkmil 12-silindrli mühərrik hesab edilir. Mühərrik 635 a.g. və 900 Nm fırlanma anına malikdir, 8-pilləli robotla və tam ötürücü sistemlə birgə işləyir.

Kabriolet ilk yüzlüyü 3,8 saniyəyə (kupedən 0,1 saniyə gec) yığır. Buna baxmayaraq, Start/Stop sistemi sayəsində 100 km qarışıq məsafəyə cəmi 14 litr yanacaq sərf edir. Təkcə dayanan vəziyyətdə deyil, asta hərəkət edərkən də silindrlərin bir hissəsini söndürmək olar.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Continental GT 30.11.2018

Şərhlər


AD