Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Porsche 911

Porsche-nin məşhur modeli olan 992 çox güman ki, təqdimata qədər ən az gizli qalan avtomobildir. Belə ki, biz yay fəslinin sonlarında artıq onu görmüşdük. Lakin ilk rəsmi şəkillər daim xüsusi olurlar.

Jalopnik.com saytı 991 992-nin elə də yüksək keyfiyyətdə olmayan 3 şəklini dərc edib və onlar heç bir təəccüb doğurmurlar. Avtomobil elə əvvəl güman edildiyi kimi görünür. Lakin buna baxmayaraq, 2020-ci il modeli yenə də cəlbedicidir.

911 992 standart yumru faralar, tanış yan profil və sələfindəkinə nisbətən böyük arxa hissəyə malikdir. Arxa fənərlər isə restayl olunub – onlar daha nazikdir, işıqlı xətlə birləşdirilib ki, bu da avtomobili vizual olaraq geniş göstərir.

Porsche çox güman ki, modelin güc qurğusunu təkmilləşdirəcək, lakin 6-silindrli mühərriki saxlayacaq. Mühərrik yəqin ki, 911 Carrеra-dan 385 a.g.-lü və ya Carrera S-dən 450 a.g.-lü olacaq.

Hələlik avtomobildə olan əsas yenilik 8-pilləli, iki muftalı avtomat sürət qutusudur. Sələfdə isə 7-pilləli quraşdırılırdı. Lakin buna baxmayaraq, Porsche 7-pilləli mexaniki sürət qutusunu da saxlayacaq.

Səkkizinci nəsil Porsche 911-in rəsmi təqdimatı Los-Anceles avtosalonu çərçivəsində keçiriləcək.

AUTO.AZ



teqlər:
Porsche, Porsche 911 27.11.2018

Şərhlər


AD