Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Genesis yeni G90-nı rəsmən təqdim edib

Hyundai-ın brend bölməsi olan Genesis şirkəti Cənubi Koreyada keçirilən xüsusi tədbirdə G90 sedanının təkmilləşdirilmiş versiyasını təqdim edib.
Xarici görünüş yeni radiator barmaqlığı, dördnöqtəli faralar, kapot, arxa fənərlər sayəsində dəyişib. Dizayn da yenilənib.

Məsələn, dönmə siqnalları indi faraları iki hissəyə bölür, qaz buraxma sistemi üçün yeni borular quraşdırılıb, opsiya kimi 19-düymlük təkər diskləri sifariş etmək olar. Disklər salonda səsi azaltmaq üçün xüsusi effektə malikdir. Avtomobil 9 rəngdə, o cümlədən iki yeni rəngdə təklif edilir.

G90-da müxtəlif maraqlı texnologiyalardan istifadə edilir, o cümlədən səsboğucu sistem, adaptiv asılqan, çirk havadan qoruyan avtomatik sistem. Sonuncu özü havanın çirkliyini müəyyənləşdirir və lazım gəldikdə, havanı təmizləmə rejiminə keçir.

Genesis G90-nın kapotu altında üç müxtəlif mühərrik dayanır – 3,8-litrlik, 3,3-litrlik turbolaşdırılmış və 5-litrlik mühərriklər. Avtomobil 2019-cu ilin əvvəllərində satışa çıxarılacaq.

AUTO.AZ



teqlər:
Hyundai, Genesis, Genesis G90 25.11.2018

Şərhlər


AD