Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota şirkəti Tokio 2020 Olimpiya Məşəli Estafetinin təqdimatçı tərəfdaşına çevrilir

30 noyabr, 2018-ci il tarixində Yaponiyanın Toyota şirkəti Tokio 2020 Olimpiya Məşəli Estafetinin təqdimatçı tərəfdaşı olmaq üçün Olimpiya və Paraolimpiya Oyunlarının Təşkilat Komitəsi (Tokio 2020 Təşkilat Komitəsi) ilə əməkdaşlıq etdiyini bəyan etdi.

Şirkətin məqsədi Tokio 2020 Olimpiya Məşəli Estafetinin tərəfdaşlığı vasitəsilə oyunlara marağı artırmaq, eyni zamanda fəlakətdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən maraqlı tərəflərə öz məmnuniyyətini bildirmək də daxil olmaqla, Yaponiyadakı insanların yaşayışını dəstəkləmək və məşəlçilərin cəlb olunması üçün kampaniya, olimpiya məşəlinin estafeti və əlaqədar tədbirlər kimi fəaliyyətlər vasitəsilə  yerli tərəfdaşlarla  əlaqələri dərinləşdirməkdir. Toyota mobillik naminə rəsmi tərəfdaş kimi Olimpiya Məşəli Estafetində həm də aparıcı maşını təmin edən və yeni, maraqlı mobillik texnologiyalarını nümayiş etdirən nəqliyyat vasitələri ilə iştirak edəcək.

Toyotanın cari İcraçı Vitse-prezidenti Mitsuru Kavai şirkətin əsas nümayəndələrindən biri kimi 1998-ci ildə Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında məşəlçi təyin olunmuşdur. Kavai Olimpiya Məşəli Estafetinin əhəmiyyətinə toxunaraq demişdir: “Məşəl Olimpizmin ruhunu təmsil edir. Mən 1998-ci ildə Naqano şəhərində məşəli daşıyarkən məşəlin məsuliyyəti və əzəmətli tarixi  vasitəsilə onun daşıdığı yükü hiss etdiyimi xatırlayıram. Toyota hər bir şəxsin imkansız hesab etdiyi maneələrin öhdəsindən gələ biləcəyi açıq cəmiyyətin yaradılmasına yardım etmək istəyir və mən sizə deyə bilərəm ki, Toyota şirkətinin bütün üzvləri təşkilat komitəsinin məşəl estafeti üzrə “Ümid yolumuzu işıqlandırır” konsepsiyasını dəstəkləmək üçün şirkət kimi öz gücünü birləşdirməyə hazırdır”.

20 il əvvəl, 1998-ci ildə Naqano şəhərində Olimpiya Məşəlinin
Estafetini daşımış İcraçı Vitse-Prezident, cənab Kavai

Toyota şirkəti 2018-ci ildə Buenos-Ayros şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında Hilux və Prius avtomobillərini təmin etməklə, oyunları dəstəkləmişdir. Toyotanın nəqliyyat vasitələri eyni zamanda Yaponiyanın keçmişdə ev sahibliyi etdiyi bütün Olimpiya Oyunlarında, yəni 1964-cü ildə Tokio, 1972-ci ildə Sapporo və 1998-ci ildə Naqano şəhərində keçirilmiş oyunlarda istifadə edilmişdir.

Crown Eight 1964-cü ildə Tokio şəhərində Olimpiya Məşəli  Estafetində istifadə edilmişdir.

Crown Eight

Land Cruiser 50

Birinci nəsil Prius

Harrier və  1-ci nəsil Prius 1998-ci ildə -Naqano şəhərində Olimpiya Məşəli Estafetində istifadə edilmişdir.

Toyota şirkəti 2015-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK)  və Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) mobillik naminə rəsmi ümumdünya tərəfdaşına çevrilmiş və indi ən son mobillik xidmətlərini, təcrübə və texnologiyaları təmin etməklə, 2020-ci ildə Tokioda keçiriləcək oyunların rəvan icrasına töhfə verməyi hədəfləyir. Toyota həmçinin idman və  ilkin səviyyəli ictimai fəaliyyətlər vasitəsilə oyunlarla bağlı gözləntilərin formalaşmasına  da yardım edir.

Toyotanın ən yüksək səviyyəli Olimpiya tərəfdaşlığı və ümumdünya Paralimpiya tərəfdaşlığı haqqında

Toyota 2015-ci ildə BOK-un və BPK-nın mobillik naminə rəsmi ümumdünya  tərəfdaşı seçilmişdir. Bu tərəfdaşlıq  2018-ci ildə Koreyanın Pyonq Çanq şəhərində keçirilmiş Qış Olimpiya və Paralimpiya Oyunlarını, 2022-ci ildə Pekində (Çin) keçiriləcək  Qış Olimpiya və Paralimpiya Oyunlarını, 2020-ci ildə Tokioda (Yaponiya) ,2024-cü ildə isə Parisdə  (Fransa ) keçiriləcək  Olimpiya Oyunlarını əhatə edən 2017-2024-cü illər üzrə nəzərdə tutulmuşdur. Bir tərəfdaş kimi Toyota şirkətinin məqsədi idman növləri vasitəsilə ayrıseçkiliyin olmadığı sülhsevər cəmiyyətin yaradılmasını və mobillik vasitəsilə dayanıqlı cəmiyyətin yaradılması üzrə öhdəliklərin yerinə yetirilməsini təşviq etməkdir. Toyotanın davamlı inkişaf və insanlara hörmət ilə bağlı dəyərlərini Olimpiya və Paralimpiya Oyunları da dəstəkləyir. Bu da insan potensialının ən yüksək səviyyədə tətbiq edilməsini qeyd etmək üçün bütün dünyanı dostluq və həmrəylik mühitində birləşdirir. Toyota mobillik xidmətinin  avtomobil sənayesinin  əhatə dairəsindən kənara çıxdığını düşünür; bu, çətinliklərin öhdəsindən gəlməyi və  şirkətin “İmkansız hesab etdiyin fəaliyyətlərdən başla” adlı korporativ təşəbbüsündə nəzərdə tutulmuş arzuları reallaşdırmağı hədəfləyir. Bu, həm də avtomobil şirkətindən mobillik şirkətinə transformasiya üçün zəmin rolunu oynayır. Sizin  fəaliyyət azadlığınız olduqda, istənilən bir işin öhdəsindən gələ bilərsiniz.

İstinad: Yaponiyada keçirilmiş keçmiş Olimpiya Oyunlarında istifadə edilmiş Toyota şirkətinə məxsus nəqliyyat vasitələri



teqlər:
Toyota 03.12.2018

Şərhlər


Elanı Premium etmək

Daha tez satmaq imkanı!

Elanınız əsas səhifədəki Premium elan blokunda, sifariş olunan zaman müddətində göstəriləcək.
Orta hesabla, 10 dəfə daha çox baxış, 5 dəfə daha çox cavablanma, satışlar bir neçə dəfə tez həyata keçirilir!

Həmin elanın təkrar uzadılması zamanı cari xidmət müəyyən olunmuş günlərin sayı qədər uzadır (günlər toplanır).



Elanınızın nömrəsi:

Belə nömrə ilə elan mövcud deyil

Credit cardPortmanat