Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini-dən Aventador SVJ

Çoxdan gözlənilən debüt nəhayət ki, oldu. Lamborghini rəsmən Aventador SVJ versiyasını təqdim etdi. Bu avtomobil Nyurburqrinq trasında yeni rekorda imza atıb. O, bir dövrü 6 dəqiqə 44,95 saniyəyə başa vurub. Bu da Porsche 911 GT2 RS-dən iki saniyə tezdir.

Aventador SVJ 6,5-litrlik, 770 a.g. və 720 Nm fırlanma anına malik atmosferli V12 mühərriki ilə təchiz edilib. Bu, superkara ilk yüzlüyü cəmi 2,8 saniyəyə yığmağa kömək edir. Avtomobil 300 km/saat sürəti isə 8,6 saniyəyə yığır.

Bundan əlavə, avtomobil fəal aerodinamika sistemi alıb ki, bu, qarşı müqavimət əmsalını və sıxma gücünü dəyişməyə, dönmələr zamanı sağ və sol tərəfə ağırlığı dəyişməyə imkan verir və beləliklə, idarəetmə daha da yaxşılaşır. Bu, maksimal sürət zamanı superkarın sıxma gücünü 490 kq-dək artırmağa imkan verir.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Aventador 20.11.2018

Şərhlər


AD