Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes 750-güclü elektrik superkar hazırlayıb

Alman şirkəti Vision EQ Silver Arrow retro futuristik layihəsi barədə elan verib. Eksperimental spidster, əlbəttə ki, seriyalı olmayacaq, lakin gələcəkdə elektrik mühərrikli Mercedes-lərə işarə verir.

Superkar 5,3 m uzunluğa malikdir, lakin yürüş sələfi kimi, birnəfərlikdir. Konseptin banı tamamilə karbondan yığılıb, Alubeam Silver adlı xüsusi olaraq hazırlanmış rəngə boyanıb.

Prototipin dizaynı 30-cu illərin superkarları üslubunda yığılıb, lakin ən müasir detallarla təchiz edilib. Bunlara, diodlu işıqlar, radiator barmaqlığı, unikal təkər diskləri və salonun məxsusi işlənməsi daxildir.

Dəri, təbii ağac və retro üslubdan başqa, konseptin interyeri rəqəmsal cihazlar paneli alıb. Sensorlu monitor sükanın (daha çox şturvala bənzəyir) ortasında yerləşdirilib – sürücü elə buradan əlavə funksiyaları idarə edə bilər. Məsələn, güc qurğusunun iş rejimini, benzin mühərrikin səs imitasiyasını seçmək olar. İstehsalçılar çoxlu sayda səs effekti təklif edirlər. Onların arasında V8-in və ya Formula-1 bolidinin səsləri də var.

Mercedes-Benz konseptin güc qurğusu barədə ətraflı məlumat verməyib. Yalnız məlumdur ki, prototipə quraşdırılan mühərrik 750 a.g.-ə malikdir, 80-kilovatlıq batareya isə 400 km məsafə qət etməyə imkan verir.

Vision EQ Silver Arrow-un konveyer perspektivi yoxdur, lakin şayiələrə görə, almanlar bu avtomobili elektrokar istehsal etmək üçün seriyalı platformada düzəldiblər.

AUTO.AZ



Şərhlər


Elanı Premium etmək

Daha tez satmaq imkanı!

Elanınız əsas səhifədəki Premium elan blokunda, sifariş olunan zaman müddətində göstəriləcək.
Orta hesabla, 10 dəfə daha çox baxış, 5 dəfə daha çox cavablanma, satışlar bir neçə dəfə tez həyata keçirilir!

Həmin elanın təkrar uzadılması zamanı cari xidmət müəyyən olunmuş günlərin sayı qədər uzadır (günlər toplanır).



Elanınızın nömrəsi:

Belə nömrə ilə elan mövcud deyil

Credit cardPortmanat