Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Skoda-dan yeni idman krossoveri

Skoda şirkəti idman krossoveri Kodiaq RS-in təqdimatını keçirib. Dünyada ən sürətli 7-yerli yolsuzluq avtomobili kimi təqdim edilən (bunun üçün Skoda Nyurburqrinqdə test keçirib) Kodiaq RS 2-litrlik, iki turbo yükləyicisi olan dizel mühərrik alıb.

Bu mühərrik 235 a.g. və 500 Nm fırlanma anına malikdir. Krossover yerindən 100 km/saata 7 saniyəyə sürətlənir, maksimal sürət isə 220 km/saatdır. Mühərrik iki muftalı, tam ötürücülü, 7-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Kodiaq RS xüsusi adaptiv asılqana malikdir ki, bu, ona hərəkət rejimlərini (Eco, Comfort, Normal, Sport, Individual və Snow) seçərkən yayları və amortizatorları tənzimləmək imkanı verir. Bundan əlavə, krossover xüsusi olaraq hazırlanmış sükan idarəetmə sistemi də alıb. Bu sistem sürətdən asılı olaraq sükan müqavimətinin əmsalını avtomatik dəyişir.

İdman krossoveri Kodiaq 20-düymlük disklər, yeni qırmızı RS loqotipləri, dam diodlu faralar, virtual cihazlar paneli, alkantaradan hazırlanmış oturacaqlarla seçilir. O, beş və ya yeddi yerli oturacaqlarla təklif ediləcək.

AUTO.AZ



teqlər:
Skoda, Skoda Kodiaq 10.11.2018

Şərhlər


Elanı Premium etmək

Daha tez satmaq imkanı!

Elanınız əsas səhifədəki Premium elan blokunda, sifariş olunan zaman müddətində göstəriləcək.
Orta hesabla, 10 dəfə daha çox baxış, 5 dəfə daha çox cavablanma, satışlar bir neçə dəfə tez həyata keçirilir!

Həmin elanın təkrar uzadılması zamanı cari xidmət müəyyən olunmuş günlərin sayı qədər uzadır (günlər toplanır).



Elanınızın nömrəsi:

Belə nömrə ilə elan mövcud deyil

Credit cardPortmanat