Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti-dən elektrik mühərrikli sportkar

Yaponiyanın Infiniti şirkəti Pebbl-Biçdə Prototype 10 konseptini təqdim etdi. Sportkar təkcə mühəndislərin və stilistlərin işlərini deyil, brendin gələcəklə bağlı strategiyasını da nümayiş etdirir.

Dizaynerlər bildirirlər ki, Prototype 10 Infınıty markasının tam elektrikləşdirilməsinə bir işarədir. Hətta konseptin hazırlanma prosesi də brendin qlobal mahiyyətini vurğulayır: layihəni yaponlar Infınıty-nin baş stilisti Kərim Həbib ilə birgə işləyiblər, britaniyalılar onu rəqəmsallaşdırıblar, amerikalılar isə Kaliforniya dizayn-studiyasında onu istehsal ediblər. Konsept də Pebbl-Biçdə ənənəvi illik sərgidə təqdim edilib.

Stilistika nöqteyi-nəzərindən Prototype 10 yanvar ayında təqdim edilmiş prototip Q Inspiration-ın davamıdır. İstehsalçılar bildirirlər ki, konseptin banının təmiz, tikişsiz yuxarı hissə müşahidəçiyə gücün davamlı axınını xatırlatmalıdır. Xətlər isə ani sürətlənmə effekti yaradır ki, bu sürəti elektrik mühərriki təmin edəcək.

İstehsalçılar Prototype 10-un güc qurğusu barədə danışmaq istəmirlər. Yalnız məlumdur ki, avtomobil güclü elektrik mühərriki ilə təchiz edilib və çox güman ki, sürət qutusundan məhrum olub. İstehsalçı bəyan edib ki, elektrik mühərrikindən istifadə bir sıra faktorların azalmasına imkan verəcək. Məhz buna görə də sükan altındakı ötürücülər yoxdur. Konsept sükan kolonkasından da məhrum olub.

AUTO.AZ



teqlər:
Infiniti, Infiniti Prototype 10 08.11.2018

Şərhlər


Elanı Premium etmək

Daha tez satmaq imkanı!

Elanınız əsas səhifədəki Premium elan blokunda, sifariş olunan zaman müddətində göstəriləcək.
Orta hesabla, 10 dəfə daha çox baxış, 5 dəfə daha çox cavablanma, satışlar bir neçə dəfə tez həyata keçirilir!

Həmin elanın təkrar uzadılması zamanı cari xidmət müəyyən olunmuş günlərin sayı qədər uzadır (günlər toplanır).



Elanınızın nömrəsi:

Belə nömrə ilə elan mövcud deyil

Credit cardPortmanat