Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota-dan yeni sedan Corolla

Yaponiyanın Toyota şirkəti 12-ci nəsil sedan Corolla-nın təqdimatını keçirib. Corolla-nın yeni nəslinin hetçbək və universal banlarında təqdimatlarından sonra şirkət, nəhayət, Quancoudakı beynəlxalq avtosalonda sedanı da təqdim etdi.

Avtomobil iki müxtəlif versiyada təqdim edilib - Sporty və Prestige. Birinci Şimali Amerikada, Çində, Yaponiyada və digər regionlarda, ikinci isə Çində, Avropada və s. seçilmiş bazarlarda satılacaq.

Salonda beşqapılı modeldən fərqli heç nə görmək mümkün deyil. Sedan eyni dizayna, salon işləməsinə, Apple CarPlay və Android Auto-nu dəstəkləyən, 7-düymlük sensorlu ekranı olan, - daha bahalı komplektasiyalarda ekranın ölçüsü 8-düymdür, - Еntune 3.0 informasiya-əyləncə sisteminə malikdir.

Corolla-nın kapotu altında 2-litrlik, 4-silindrli, 169 a.g. və 210 Nm fırlanma anı olan mühərrik dayanır ki, o, ya 6-pilləli mexaniki, ya da avtomat sürət qutusu ilə birgə çalışır. Modelin, həmçinin hibrid versiyasının da olacağı gözlənilir. O, noyabrın 28-də Los-Ancelesdə təqdim ediləcək.

Şirkətdən bildiriblər ki, avtomobillərin Avropada və ABŞ-da satışı 2019-cu ilin yazında başlayacaq.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Corolla 07.11.2018

Şərhlər


AD