Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mitsubishi təkmilləşdirilmiş pikap təqdim edib

Yaponiyanın Mitsubishi şirkəti təkmilləşdirilmiş pikap L200-ün bütün xarakteristikasının sirrini açdı. Mitsubishi 2019-cu model ilinə məxsus pikap L200-ün yeni xarici görünüşünü, təkmilləşdirilmiş tam ötürücü, geniş spektrli təhlükəsizlik və sürücüyə yardım sistemlərini təqdim edib.

L200-ün xarici görünüşündə ciddi dəyişikliklər edilib, o, daha əzələli və müasir alınıb. Pikap vizual cəhətdən daha güclü, enli, bir qədər hündür olub. Lakin eyni ölçüləri saxlayıb. Bu effekt qabaq optikanın daha hündürdə yerləşdirilməsi sayəsində mümkün olub ki, o, indi ikimərtəbəlidir.

Ümumilikdə, avtomobilin qabaq hissəsi bütövlükdə dəyişib – qabaq bamper daha böyük olub. Orada iks-şəkilli əlavələr yerləşdirilib. Təkər arkası enli və dördküncdür, ban xətləri daha kəskindir. Yeni L200, həmçinin müasir dizaynda təkər diskləri və arxa fənərlər alıb. Salonda isə ciddi dəyişiklik edilməyib. Oturacaqların, mərkəzi konsolun, dirsəkaltıların işləndiyi materiallar dəyişib, qapılarda yumşaq əlavələr peyda olub.

Mitsubishi-nin dizaynerləri, həmçinin mərkəzi konsolu bir qədər yeniləmək qərarına gəliblər. Onun görünüşünü dəyişiblər, cihazlar panelinin qrafikini bir qədər yaxşılaşdırıblar. Bundan əlavə, avtomobil ətrafları görən kamera, təcili tormozlama, kor bucaqlara nəzarət, yoldakı maneələr barədə xəbərdarlıq sistemləri, habelə qabaq və arxa parklama cihazları alıb.

Nəhayət, Mitsubishi yeni L200-ə avtomat sürət qutusu quraşdırıb. İndi mühərrik 5-pilləli deyil, 6-pilləli avtomat sürət qutusu ilə birgə çalışacaq. Mühərriklərə gəldikdə, onlar əvvəlki kimi qalıblar – 128 a.g.-lü 2,4-litrlik benzin versiya, o cümlədən 2,4- və 2,5-litrlik, 110, 128, 136, 178 və ya 181 a.g. verən iki turbo dizel.

AUTO.AZ



teqlər:
Mitsubishi, Mitsubishi L200 05.11.2018

Şərhlər


AD