Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari Pista kabriolet banında

Ferrari şirkəti Pebbl-Biçdə keçirilən festivalda kabriolet banında Pista-nı təqdim edib. Kupe 488 Pista kimi, Spider də 3,9-litrlik, ikili turbo yükləyicisi olan, 711 a.g. və 770 Nm fırlanma anı verən V8 ilə təchiz edilir.

Beləliklə, kabriolet yerindən 100 km/saata 2,85 saniyəyə sürətlənir. Avtomobil 200 km/saat sürəti isə 8 saniyəyə yığır (kupedən 0,4 saniyə gec). Kabrioletin maksimal sürəti 340 km/saatdır.

Ferrari 488 Pista Spider kupedən 91 kq ağırdır (1377 kq). Lakin o, yenə də yüngül sportkardır. Spider Ferrari-nin tarixində kabriolet banında 50-ci olan modeldir.

Hələlik yeniliyin qiyməti barədə məlumat verilmir. Həmçinin yeniliyin Ferrari 16M Scuderia Spider və Ferrari 458 Speciale Aperta kimi məhdud sayda olub-olmayacağı məlum deyil.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari Pista 01.11.2018

Şərhlər


AD