Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Benz yeni nəsil GLE təqdim edib

Yeni Mercedes-Benz GLE rəsmi şəkildə təqdim edildi. Şirkətdən bildiriblər ki, yeni nəsil yolsuzluq avtomobilinin dizaynı emosiyalarla intellektin harmoniyasına əsaslanır və gözəlliyi, yüksək texnologiyalar kombinasiyasını, istehsalçının ustalığını təcəssüm etdirir.

Avtomobilin qabaq hissəsi daha cəlbedici faralar, o cümlədən hava çıxıntıları olan yeni radiator barmaqlığı alıb. GLE indi 18-dən 22-düymədək yeni təkər diskləri ilə təchiz edilir. Avtomobilin yan cizgiləri də yenilənərək daha səlis olub. O, həmçinin nazik arxa fənərlər alıb.

Salonun 69 mm genişləndirilməsi sayəsində arxa oturacaq sərnişinlərinin ayaqları üçün yer bir qədər böyüdülüb. Avtomobil 33 mm hündür olub, baqajın həcmi 825 litrədək artırılıb (arxa oturacaqlar yığıldıqda 2055 litr olur). A-Class kimi, yeni GLE də standart komplektasiyada 12,3-düymlük iki böyük ekranı olan son nəsil multimedia sistemi alıb.

Əvvəlcə 2019-cu model ilinə məxsus Mercedes-Benz GLE 6-silindrli, 3-litrlik, 367 a.g., 500 Nm fırlanma anı verən mühərriklə satılacaq. Avtomobildə EQ Boost sistemi də var ki, o, mühərrikə əlavə 22 a.g., 250 Nm verə bilir. Mühərrik 9-pilləli avtomat sürət qutusu ilə birgə çalışır.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes GLE 30.10.2018

Şərhlər


AD