Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi yenilənmiş R8 kupe və rodsteri təqdim edib

Audi şirkəti kupe və rodster banlarında yeni nəsil idman kupesi R8-in onlayn təqdimatını keçirib. 2019-cu model ilinə məxsus Audi R8 bir sıra dizayn yenilikləri alıb. O, əvvəlki versiyalardan üç kəsiyi olan daha enli radiator barmaqlığı, yeni bamperlər, qabaq optika ilə seçilir. Bununla yanaşı, R8 Ur-quattro alıb ki, onun sayəsində daha aqressiv görünür. Avtomobilin rəng qammasına iki yeni çalar əlavə edilib - Kemora Grey və Ascari Blue.

İnteryerdəki dəyişikliklər yeni salon rəngləri ilə, o cümlədən gümüşü tikişlərlə məhdudlaşır, top-versiya isə dəri işləmələrlə, alkantara ilə üzlənmiş oturacaqlarla, habelə karbon lifindən işləmələrlə təklif ediləcək.

R8-in kapotu altında əvvəlki güc aqreqatları qalıb, lakin müəyyən qədər təkmilləşdirilmiş. Belə ki, baza mühərriki V10 əlavə 29 a.g. və 10 Nm alıb və indi 562 a,g. və 550 Nm fırlanma anı verir. O, yerindən 100 km/saata 3,4 saniyəyə sürətlənir, maksimal sürət isə 324 km/saatdır.

Daha mükəmməl 5,2-litrlik V10-a indi 9 a.g. və 20 Nm əlavə edilib – 611 a.g., 580 Nm. Bu, R8-ə yerindən 100 km/saata 3,1 saniyəyə sürətlənməyə imkan verir. Maksimal sürət 331 km/saatdır.

AUTO.AZ



teqlər:
Audi, Audi R8 27.10.2018

Şərhlər


AD